Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qanunsuz ağac kəsimi aşkarlanıb

Bakıda qanunsuz ağac kəsimi aşkarlanıb

Tarix: 16 Aprel 2023 11:12

Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Milli.Az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisin kəsilərək məhv edildiyi aşkar olunub.

"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır".

Milli.Az


Etiketlər:  Bakıda qanunsuz ağac kəsimi aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ