Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza Zərgərli keçmiş həyat yoldaşının xəyanətindən danışdı

Roza Zərgərli keçmiş həyat yoldaşının xəyanətindən danışdı

Tarix: 17 Aprel 2023 10:40

"Məni satan insanı bir daha qəbul etmərəm. Yalançılığa satmaq deyirəm. Keçmiş həyat yoldaşım mənə yalan danışdı. Onun o yalanının nə olduğu haqda danışmaq istəmirəm, amma onunla münasiblərimi kəsib atdım. Bu qərara beş il ərzində gəldim. Qərar verdiyim andan etibarən hər şey bitdi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Təsir dairəsi" verilişində deyib.  Keçmiş həyat yoldaşından danışan sənətçi 18 ildən sonra ayrılmasının səbəbini açıqlayıb:

"Deyirlər ki, müğənnilər, sənət adamlarının müqəddəs heç nəyi yoxdur. Onlar gördüyünü sevirlər, gördükləri ilə yaşayırlar, ailə dağıdırlar. Bunlar hamısı mifdir. Çünki hər bir insan buna qadirdir. Sənət adamı sadəcə üzdə olduğu üçün bu kimi şeylər onlara daha çox şamil olunur. Bir sənət adamının yaşadığı insanı aldatmaq üçün heç nə lazım deyil. 18 illik evlilik həyatımda heç bir yanlış hərəkətim və addımım olmayıb. Hər 10 nəfərdən 3-4-ü mənə aşiq olub və mən bunun qarşısını almışam. Çünki sadiq Azərbaycan xanımıyam. Amma məni həyat yoldaşım dəfələrlə aldadıb. Elə insanı isə heç zaman bağışlamaram".


Etiketlər:  Roza Zərgərli keçmiş həyat yoldaşının xəyanətindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ