Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 13:50
İngiltərə Premyer Liqasının son turunda"Vest Hem"lə qarşılaşan "Arsenal"ı oyundan əvvəl stadionda klubun gənc azarkeşi qarşılayıb.
Sonxeber.net xəbər verir ki, bütün oyunçular növbə ilə xüsusi hazırlanmış formaya avtoqraf veriblər. Azyaşlı qız fanat çox xoşbəxt görünür, futbolçuların hər birinə təvazökarlıqla baxırdı. Ancaq əks tərəfdən qarşılıq görmürdü.
Sosial şəbəkələrdə azarkeşlər "topçular"ın futbolçularını tənqid atəşinə tutublar:
"Bu kiçik qız qəhrəmanlarına heyranlıqla baxdı və heç biri ona əhəmiyyət vermədi".
"Bu iyrəncdir. Futbolun bu hala gəlməsi təəssüf doğurur".
"Onlar üçün qürurla xatırlanmlı fakt idi. O qədər ruhsuzlaşıblar ki..."
"Hətta gülə və qulaqcıqlarını çıxara bilmirlər."
"Ümid edirəm ki, balaca qız imzalı köynəyindən çox razı qaldı və onların davranışlarına əhəmiyyət vermədi". (publika)