Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın Su-34 bombardmançısı təyyarəsi ölkənin öz şəhərinə bomba atıb

Rusiyanın Su-34 bombardmançısı təyyarəsi ölkənin öz şəhərinə bomba atıb

Tarix: 21 Aprel 2023 08:08

Aprelin 20-də axşam saatlarında Rusiyanın Belqorod səmasında ölkənin Su-34 bombardmançı təyyarəsi bomba atıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.

"2023-cü il aprelin 20-də Moskva vaxtı ilə saat 22:15-də (Bakı vaxtı ilə 23:15 - red.) Aerokosmik Qüvvələrin Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatının atışı baş verib", - xəbərdə bildirilir.

"Nəticədə yaşayış binalarına ziyan dəyib, xəsarət alan yoxdur. Hazırda araşdırma aparılır", - nazirlikdən bildirilib.


Etiketlər:  Rusiyanın bombardmançısı təyyarəsi ölkənin şəhərinə bomba atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ