Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2023 12:52
Dünyanın ən bahalı və ən çox izlənilən idman yarışlarıdan biri olan "Formula - 1" Qran - prisinə Azərbaycan 7-ci dəfə ev sahibliyi edəcək. Planetin dörd bir yanından bütün diqqətlər yenidən Bakıya yönələcək.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, nüfuzlu yarışın ölkəmizdə keçirilməsinin iqtisadi və turizm cəhətdən böyük əhəmiyyəti var. Paytaxtın mərkəzi otellərində yarışla bağlı yerlərin tam dolması bunu bir daha təsdiq edir.
İqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycanda "Formula -1" üçün əvvəlki illərdə lazım olan infrastruktur formlaşdırılıb. Buna görə də yarışdan gəlir əldə etmək üçün yaxşı imkanlar yaranıb. Azərbaycan indiyə qədər yarışdan 500 milyon dollardan çox gəlir əldə edib. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur.
"Formula - 1" yarışı ölkənin təqdimatı və tanıdılması baxımından da yaxşı vasitədir. Statistik rəqəmlərdəki göstəricilər bunun bariz nümunəsidir. 2018-ci ildə keçirilən Azərbaycan Qran - Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici sonrakı illərdə arataraq 90.2 milyon nəfərə çatıb. Formula üzrə Azərbyacan qran - prisinin Yaponiya, Polşa, Kanada, Macarıstan, İtaliya, Böyük Britaniya və Niderland kimi ölkələrdə də izləyici auditoriyalarında əhəmiyyətli dərəcədə artım müşahidə edilir.
"Formula - 1" Qran - prisinin sosial media izləyicilərinin sayı isə 116 faiz artmaqla yüksək həddə çatıb.
Qeyd edək ki, aprelin 28-dən 30-dək Bakıda keçiriləcək yarışa dünyanın 100-dən çox ölkəsindən bilet alınıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: