Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada bir gündə 2 deputat öldü

Rusiyada bir gündə 2 deputat öldü

Tarix: 23 Aprel 2023 22:56

Rusiya Dövlət Dumasının "Vahid Rusiya" fraksiyasından olan deputatı Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasında "Vahid Rusiya" fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

V.Vasilyev fraksiyanın bütün deputatları adından Y.Uzdenovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Yaşarbek Uzdenov Dövlət Dumasına 16 saylı seçki dairəsindən (Qaraçay-Çərkəz) seçilib.

Qeyd edək ki, bu gün həmçinin Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Nikolay Borçov 77 yaşında vəfat edib.

Milli.Az


Etiketlər:  Rusiyada gündə deputat öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ