Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb (FOTO)

Bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb (FOTO)

Tarix: 21 Oktyabr 2019 15:10

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda keçirilən yarmarkada ümumilikdə 102,6 ton bal satılıb.

Trend-in məlumatına görə, bu barədə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, yarmarkada bir ay ərzində 7,1 ton arı şanının satışı həyata keçirilib:

“Bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 3241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa çıxarılıb. Yarmarka müddətində ümumilikdə 109,9 ton məhsulun - 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib”.

Bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb (FOTO) Bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb (FOTO)


Etiketlər:  Bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ