Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 11:03
Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Fərmana əsasən, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunması və Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsi (yayımlanması) ilə bağlı inzibati xətalar haqqında işlərə audiovizual media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Audiovizual Şurası, digər media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxacaq.