Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)

Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)

Tarix: 21 Oktyabr 2019 15:45

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Bakıdakı səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan KİV nümayəndələri və baş redaktorlar iştirak edib.

Görüşdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, Ankara suriyalı qaçqınlara 40 milyard dollardan çox pul xərcləyib.

Səfir əlavə edib ki, buna baxmayaraq Türkiyə ona vəd edilən müavinətləri almayıb.

O qeyd edib ki, Türkiyə hər zaman olduğu kimi bu gün də Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq Türkiyə Suriya ərazisindən davamlı terror təhdidinə məruz qalıb:

"Türkiyə terrorla mübarizədə qərarlıdır və milli təhlükəsizliyimiz üçün əlindən gələni edəcək. bu gün İŞİD ilə mübarizə aparan dövlət Türkiyədir. Təəssüf olsun ki, müttəfiqlərimizin dəstəyi ilə ölkəmizin hüdudlarında terror dövləti qurmaq istədilər. PYD, YPG sadəcə Türkiyə üçün deyil, bütün bölgə üçün real təhdiddir və Türkiyə buna əsla izin verməz və məhz buna görə də Ankara "Sülh bulağı" əməliyyatına başladı. Türkiyə Suriyada kimyəvi silah istifadə etməyib. Daha öncə müdafiə nazirimiz də dediyi kimi Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah yoxdur".

Səfir qeyd edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək. Görüşdə Türkiyə ilə Rusiya arasında Suriya da daxil olmaqla bəzi məsələlər müzakirə ediləcək.

Görüşdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu gün Türkiyə "Sülh bulağı" əməliyyatı ilə bölgədə sülh və sabitlik üçün çalışır:

"Bu əməliyyatlar terrorçulara qarşıdır. İnanırıq ki, hərbi əməliyyatlar yenidən başlamayacaq və tərəflər öz üzərinə düşəni edəcək. Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi hər zaman Türkiyənin yanındadır".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Azərbaycan mediası hər zaman Türkiyənin haqq işini obyektiv və dolğun şəkildə işıqlandırıb və bundan sonra da fəaliyyətini eyni şəkildə davam etdirəcək.

Tədbirdə eyni zamanda səfirliyə yeni təyin olunmuş mətbuat müşaviri ilə tanışlıq olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO) Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO) Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO) Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO) Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO) Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)


Etiketlər:  Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ