Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taxıl sahələri də artır, idxal edilən buğda da... - VİDEO

Taxıl sahələri də artır, idxal edilən buğda da... - VİDEO

Tarix: 25 Aprel 2023 17:52

Azərbaycanda taxıl sahələri artmaqda davam edir. Buna baxmayaraq ölkəyə idxal buğdanın həcmi də xeyli çoxalıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,cari ilin yanvar-mart aylarında 108 milyon 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən yayılan məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 94.8 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2020-ci ildə buğda səpini 641, 2021-ci ildə 602, 2022-ci ildə 657 min hektar təşkil edib. Yəni ötən il taxıl sahələri bir qədər də çoxalıb.

"Bəs artım qarşılığında buğda idxalının 95 faizədək yüksəlməsinin səbəbi nədir?"

İqtisadçı ekspert Xalid Kərimli bu rəqəmləri məhsuldarlığın aşağı olması ilə əlaqələndirir.

Xalid Kərimli deyir ki, işğaldan azad edilmiş ərazilərdə taxıl sahələrinin genişləndirilməsi də ölkənin buğda ehtiyatını birdən-birə artıra bilməz.

Ekspert bildirir ki, hökumət də taxıl idxalı ilə məşğul olan şəxslərlə mütəmadi görüş keçirir. Ölkənin anbar ehtiyatlarına daim nəzarət edilir və hər hansısa gözlənilməz vəziyyətə qarşı azı 8-9 aylıq ehtiyatların təmin edilməsinə çalışılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Taxıl sahələri artır idxal edilən buğda da VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ