Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hande Erçelin Milandakı geyiminin qiyməti

Hande Erçelin Milandakı geyiminin qiyməti

Tarix: 30 Aprel 2023 13:20

Türkiyəli aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən ziyafətlərin birində görüntülənib. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Hande məclisə qara dekolteli kombinezonu ilə qatılıb. 

O, ziyafətdən olan şəkillərini sosial media hesabında paylaşıb. Qısa zaman ərzində onun paylaşımına 3 milyon 700 min bəyənmə və yüzlərlə şərh gəlib. 

Aktrisanın paltarının qiyməti isə 3 min 250 lirə (təxminən 287 manat) olduğu öyrənilib. 

Qeyd edək ki, Hande Erçel karyerası ilə yanaşı şəxsi həyatı ilə də tez-tez gündəmə gəlir. Hazırda o, iş adamı Hakan Sabancı ilə sevgilidir. 

Milli.Az


Etiketlər:  Hande Erçelin Milandakı geyiminin qiyməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ