Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2023 15:12
Rəsmi Varşava Kalininqrad vilayətində Polşa-Rusiya sərhədində təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bildirib.
Baş nazir əlavə edib ki, Rusiya ilə bütün sərhəd zolağı boyunca müvafiq fiziki və elektron təhlükəsizlik tədbirləri qurulacaq:
"Biz Polşanın şimalındakı Kalininqrad vilayəti ilə bütün Polşa-Rusiya sərhədi boyunca təhlükəsizliyi gücləndiririk. Biz bu təhlükəsizliyi təmin edirik və onu Polşa-Belarus sərhədində olduğu kimi təmin edəcəyik".
Xatırladaq ki, Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, Polşa öz hava hücumundan müdafiə sisteminin yaradılmasında Ukraynanın təcrübəsindən istifadə edir.