Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real Madrid” növbəti dəfə səfərdən xalsız qayıdıb

“Real Madrid” növbəti dəfə səfərdən xalsız qayıdıb

Tarix: 3 May 2023 07:36

"Real Madrid" La Liqada növbəti səfər məğlubiyyətindən sonra "Barselona"nın çempionluğunu yaxınlaşdırıb. Bu dəfə kral klubu "Real Sosyedad"dan zəif olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, basklar cari çempionun qapısına 2 dəfə yol tapıblar.

Belə ki, oyunda ilk qol matçın ikinci hissəsinə təsadüf edib. 47-ci dəqiqədə Takefusa Kubo oyunda hesabı açıb. Oyunun 61-ci dəqiqəsində Madrid klubunun müdafiəçisi Dani Karvaxal meydandan qovulub. Bununla belə, "Real Sosyedad" minimal üstünlüklə yetinməyib və 85-ci dəqiqədə fərqi ikiyə çatdırıb. Ev sahiblərinin heyətində Barreneçea topu qapıya göndərib.

Beləliklə, 33 oyundan sonra "Real Madrid"in 68 xalı var. "Real Sosyedad" isə 61 xalla dördüncü pillədəki yerini bərkidib. Lider "Barselona" isə çempionluğunu rəsmiləşdirməyə yaxındır. Katalonların aktivində 82 xal var.

Milli.Az


Etiketlər:  Real Madrid növbəti dəfə səfərdən xalsız qayıdıb


RƏYLƏR