Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 12:26
Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətinin Baxmut bölgəsini tərk etməli olacaqlar. General Aleksandr Sırski rusları o istiqamətdə dalana dirəyib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib.
"Popasnadan Slavyanska və Donetsk vilayətinin sərhədlərinə doğru Ukrayna Silahlı Qüvvələrinin ən azı üç-dörd müdafiə xətti var. Bu müdafiə xətləri Baxmut ərazisində yerləşən müdafiə xəttindən də güclüdür. Ruslar Donetsk vilayətinin sərhədlərinə çata bilməyəcəklər", - polkovnik vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın əsas dairələrində ordunun ümumiyyətlə Baxmut istiqamətində nə etdiyini artıq müzakirə edirlər:
"Sual yaranır ki, ruslar Baxmut ərazisində nə edirlər? Bu məsələ artıq Rusiyanın rəhbərliyi tərəfindən müzakirə olunmağa başlayıb. General Sırskinin idarə etdiyi vəziyyətə əsaslanaraq, ruslar geri çəkilmək qərarına gələ bilər".