Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin hava məkanını bağlaması... - Paşinyan

Türkiyənin hava məkanını bağlaması... - Paşinyan

Tarix: 3 May 2023 21:22

Türkiyənin Ermənistan təyyarəsi üçün hava məkanını bağlaması Ermənistanın problemidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib.

Paşinyan türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara İrəvanda abidə ucaldılmasının iki ölkə arasındakı münasibətlərə təsir göstərdiyini bildirib. O, abidənin ucaldılması zamanı hökumətin buna etiraz edəcəyi təqdirdə satqınlıqda ittiham oluna biləcəyindən çəkindiyini söyləyib.

Qeyd edək ki, "FlyOne Armenia" şirkətinin Türkiyə üzərindən Avropaya uçuşları 29 apreldən dayandırılıb. Buna səbəb kimi isə türkiyəli diplomatları qətlə yetirən mənfur "Nemezis" terror hərəkatına Ermənistanda heykəl qoyulması göstərilib.

Milli.Az


Etiketlər:  Türkiyənin hava məkanını bağlaması Paşinyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ