Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 08:54
Rusiyanın Baxmutdakı hücumu dayanıb, Ukrayna Silahlı Qüvvələri isə əks-hücumlar həyata keçirir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
"Baxmutda toqquşmalar nəticəsində heç bir ciddi dəyişiklik olmayıb. Xüsusən hündürmərtəbəli binalarda mövqe tutan Ukrayna hərbçiləri də əks-hücumlarla əvvəllər tərk edilmiş yerlərə nəzarəti bərpa etməyə çalışır. Və deyə bilərəm ki, cəhdlər uğursuz deyil", - ekspert bildirib.
Kovalenko qeyd edib ki, şəhərdə toqquşma xətti fərdi mövqelərin dəfələrlə əl dəyişdirdiyi "cəhənnəm yelləncəkləri"dir:
"Baxmut bölgəsində görülən "TOS-1A Solntsepyok" odsaçanı ruslara qarşıya qoyulan vəzifəni həll etməkdə - mayın 9-dək şəhəri nəzarətə götürməkdə kömək etmir".
Ekspertin sözlərinə görə, bu gün cəbhədə hava şəraiti "xoş"dur:
"Bu, tezliklə müəyyən "kulminasiya"nın şahidi olacağımıza inam yaradır".
Qeyd edək ki, ötən gün "Vaqner" muzdlu hərbi şirkətin rəhbəri Yevgeni Priqojin Ukraynanın Baxmutda böyük əks-hücuma başladığını bildirib.