Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gecə Bakı-Quba yolunda ağır qəza oldu - 3 nəfər xəsarət aldı (VİDEO)

Ötən gecə Bakı-Quba yolunda ağır qəza oldu - 3 nəfər xəsarət aldı (VİDEO)

Tarix: 22 Oktyabr 2019 10:33

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gecə saatlarında Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Xızı rayonu, Yaşma kəndi ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 50-CC-997 dövlət qeydiyyat nişanlı "Juquli" markalı avtomobil, eyni istiqamətdə olan yük maşını toqquşub.

"Qazel"in sürücüsü Füzuli sakini Rzayev Elbəy Əhməd oğlunun bildirdiyinə görə, o, normal sürətlə hərəkətdə olarkən minik avtomobili ona arxadan çırpılıb. Toqquşma nəticəsində "Jiquli" yol kənarına düşüb, avtomobildə olan iki kişi və bir qadın müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Avtomobildə olan qadın, Şirvan şəhər sakini 1982-ci il təvəllüdlü Salamova Sənubər Əbdülzar qızı qapalı kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib.


Etiketlər:  Ötən gecə Bakı Quba yolunda ağır qəza oldu 3 nəfər xəsarət aldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ