Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 18:48
Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə başsağlığı verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".