Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 23:30
Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Azatutyun"a ("Azadlıq Radiosu") müsahibəsində bildirib.
"1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik", - hökumət başçısı əlavə edib.