Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çavuşoğlu: "Hədəfimiz..."

Çavuşoğlu:

Tarix: 6 May 2023 20:44

"Bu gün Türkiyə ixracat və investisiya sahəsində dünyanın hər yerindədir".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, ixrac sahəsində Türkiyə hər il rekorda imza atır: "Hədəfimiz ixracatı 1 trilyona çatdırmaqdır. Bunu bacarmaq üçün imkanlarımız var".

M.Çavuşoğlu deyib ki, əvvəllər vəziyyət belə deyildi: "Artıq dünyanın hər yerində, o cümlədən Afrikada, Asiyada, Cənubi Amerikada varıq. Bu təşəbbüslərin hər biri iqtisadiyyatımızın daha da güclənməsinə kömək edir. Odur ki, ticarət sahəsindəki maneələri dəf etməliyik".

Nazirin sözlərinə görə, dünyada artan qloballaşmanın həm müsbət, həm də mənfi təsirlər var.

Milli.Az


Etiketlər:  Çavuşoğlu Hədəfimiz


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ