Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2023 17:50
"Pis xəbərlə gündəmə gəlməyi sevmirəm".
Sonxeber.net oxu.az-a istinadla xəbər verir ki, bu sözləri "Bakı Marafonu 2023"də tanınmış aparıcı Hacı Nuran Hüseynov deyib.
Onun sözlərinə görə, müalicələrini hələ də davam etdirir:
"Səhhətim normaldır. Müalicələrimi davam etdirirəm. Pis xəbərlə gündəməyə gəlməyi sevmirəm. Özümü pis hiss edəndə kiməsə bildirmirəm. Xəstəlik ömürlük sənlədir. Səhhətimlə əlaqədar davamlı olaraq üzgüçülüyə gedirəm. Getməsəm, çox geri düşərəm. Marafonda hər il iştirak edirəm".
N.Hüseynov sonda qarşıda yeni layihələrin olduğunu əlavə edib".