Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni mayalanmaya mənfi təsir edən amillər nələrdir? - HƏKİM AÇIQLADI

Süni mayalanmaya mənfi təsir edən amillər nələrdir? - HƏKİM AÇIQLADI

Tarix: 7 May 2023 21:09

Türkiyəli həkim Nafiye Karakaş Yılmaz süni mayalanma müalicəsinə mənfi təsir edən amilləri açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, həkim Nafiye Karakaş müalicənin gedişatında ən əhəmiyyətli faktorun ananın yaşı olduğunu bildirib.

Onun sözlərinə görə, ananın yaşı həm yumurta ehtiyatı, həm də yumurta keyfiyyəti baxımından əhəmiyyətlidir:

"Ananın yumurtalıq ehtiyatının yaxşı olması süni mayalanma prosesində müsbət rol oynayır. Bundan başqa bu gün cütlüklərin təxminən 50%-də sonsuzluq aşkar edilir. Əksər hallarda kişi sonsuzluğunun səbəbi genetik faktorlar, hormonal problemlər, infeksiya, siqaret, spirt istifadəsi, ətraf mühit faktorları, kimyəvi təsirlər və artıq çəki ola bilər".


Etiketlər:  Süni mayalanmaya mənfi təsir edən amillər nələrdir HƏKİM AÇIQLADI


RƏYLƏR