Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2023 21:24
Alimlər axşam yeməyinin gec saatlarda istehlak edilməsinin təhlükəsi olmadığını bildiriblər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, elm adamları bu barədə yaranan mifləri təkzib edib.
Təbii ki, gec yeməyin mənfi nəticələri var. Məsələn, çəki artımı, yuxusuzluq, sürətlənmiş qocalma və digər fəsadlar. Amma bunun tamamilə doğru olmadığı məlum olub.
"Axşam yeməyini 21:30-da bitirə bilərsiniz. Əsas odur ki, səhər yeməyi gec yeyilsin. Səhər yeməyini bitirməyin ideal vaxtı saat 11:30-dur. Bu, çoxsaylı araşdırmalara görə maddələr mübadiləsi baxımından faydalı olan 14 saatlıq aclıq müddətinə tab gətirmək üçün lazımdır", - deyə alimlər qeyd ediblər.
Aparılan tədqiqat zamanı mütəxəssislər 80 min britaniyalı haqqında məlumatları təhlil ediblər. Sınaq zamanı yemək vərdişləri, vaxtları və sağlamlıqları haqqında informasiyalar nəzərə alınıb.
Məsələn, iştirakçılar axşam yeməyini gec yedikdə və 14 saatlıq aclıq nəticəsində daha enerjili olduqlarını bildiriblər.
Alimlər həmçinin gec qidalanma ilə müxtəlif xəstəliklər arasında əlaqə tapmayıblar.