Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 14:20
"Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra "Arsenal"ın İngiltərə Premyer Liqasının 9-cu turunda "Şeffild Yunayted"ə uduzduğu oyunu (0:1) şərh edib.
Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, o, London klubunda 10 il əvvəllə müqayisədə heç nəyin dəyişmədiyini deyib:
"Şeffild"i qələbəsinə şadam. Onlar buna layiq idilər. Amma "Arsenal" məni təəccübləndürmədi. Onları 10 il əvvəl uşaq adlandırmışdım, elə də qalıblar. Bu, həqiqətdir. Söyləyidiyim sözlərdə oyunçulara heç bir hörmətsizlik yoxdur".