Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” futbolçusuna yeni müqavilə təklif edib

“Barselona” futbolçusuna yeni müqavilə təklif edib

Tarix: 11 May 2023 21:48

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.

Milli.Az "report"a istinadən bildirir ki, Kataloniya təmsilçisi Fransa millisinin üzvü ilə sözləşməni 2027-ci ilə qədər uzatmaq istəyir.

Oyunçunun menecerləri artıq bir dəfə klub rəhbərliyi ilə görüş keçiriblər. "Barsa"nın baş məşqçisi Xavi hesab edir ki, Dembele polşalı hücumçu Robert Levandovski ilə birlikdə komandanın hücum xəttində aparıcı siması olacaq. 26 yaşlı oyunçu özü də komandada qalmaq fikrindədir.

Qeyd edək ki, Usman Dembelenin "Barselona" ilə hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Fransalı bu mövsüm La Liqada keçirdiyi 20 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Barselona futbolçusuna yeni müqavilə təklif edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ