Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dünyanın ən yaxşı insanları Bakıda yaşayır" - Rus qızından maraqlı açıqlama

Tarix: 13 May 2023 23:25

Ötən gün Bakıda "İnstasamka" ləqəbi ilə tanınan rusiyalı reper, bloger Darya Zoteeevanın ilk konserti baş tutub.

Milli.Az axşam.az-a istinadla xəbər verir ki, konsertlə bağlı paylaşım edən ifaçı sosial media hesabında gecədən çəkilən fotolarını yayımlayıb.

"Dünyanın ən yaxşı insanları Bakıda yaşayır" deyə, "İnstasamka" paylaşımında yazıb.

Xatırladaq ki, bir müddət əvvəl reperin adı Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi "qara siyahı"ya salınaraq vergidən yayınma və çirkli pulların yuyulmasında iştirak edib-etmədiyi yoxlanılıb. Araşdırma nəticəsində onun 689 min rubl vergi borcu olduğu ortaya çıxıb.

Qeyd edək ki, sözügedən siyahıda Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayevanın da adları var

Milli.Az


Etiketlər:  Dünyanın ən yaxşı insanları Bakıda yaşayır Rus qızından maraqlı açıqlama


RƏYLƏR