Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusların böyük səhvi: Zalujnı açıqladı

Rusların böyük səhvi: Zalujnı açıqladı

Tarix: 14 May 2023 13:52

Zmeynı (İlan) adası Ukrayna sərhədlərinin qorunmasında strateji əhəmiyyət kəsb etmirdi, ona görə ruslar oraya raketlər yerləşdirməklə böyük səhv etdilər.

Sonxeber.net Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

O, həmçinin rusların adada yerləşdirdiyi raketdən müdafiə sistemlərinin Ukrayna raketlərinin işini xeyli əngəllədiyini bildirib:

"Onlar düşünürdülər ki, adada hərbi qarnizon yaradacaq və orada mövcudluğunu saxlayacaq. Nə qədər mövcud olduğu da məlum oldu. Düşmənin orada olmaması bizim əsas vəzifəmiz idi".

Xatırladaq ki, İlan adası 22 fevral 2022-ci ildə Rusiya SQ-nin hücumları nəticəsində işğal edilmişdi. Ukrayna tərəfinin ardıcıl zərbələrindən sonra isə Rusiya ordusu 30 iyunda adanı tərk edilmişdi.


Etiketlər:  Rusların böyük səhvi Zalujnı açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ