Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 02:35
Britaniyanın "Vogue" jurnalı ilk dəfə gözdən əlillər və görmə qabiliyyəti zəif olan insanların istifadə etdiyi Brayl əlifbası ilə yazılmış nömrəsini dərc edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə jurnalın baş redaktoru Edvard Enninful sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, jurnalının Britaniya versiyasının may buraxılışı Brayl əlifbası ilə yazılıb və buraxılışda Kral III Çarlzın tacqoyma mərasimi ilə bağlı materiallar da əks olunub. Jurnalın üz qabığında isə yazar Sinead Burke və dağınıq skleroz diaqnozundan əziyyət çəkən aktrisa Selma Bleyerin fotoları yer alıb.