Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Tarix: 22 Oktyabr 2019 17:51

Bakı. Samir Əli - Trend:

Ağdamda telefon mağazasında bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində "Azercell Telecom" MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb.

Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ