Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2023 08:54
Bosniya və Herseqovinanın NATO-ya cəlb edilməsi regionda risklər yaradacaq, bu cəhdlər qəbuledilməzdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Bosniya və Herseqovinanın Avropa Birliyinə və ya NATO-ya daxil olmasının qəti şəkildə əleyhinəyik. Bu cəhdlər əlavə risklər, yeni bölücü xətlər yaradacaq. Hesab edirik ki, bu cəhdlər sünidir, qətiyyən yolverilməzdir", - nazir müavini bildirib.