Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır

Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır

Tarix: 16 May 2023 12:45

Türkiyənin sevilən bir neçə serialı bu mövsüm tamaşaçılarla vidalaşacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunlardan biri kifayət qədər reytinq yığa bilməyən "Ego" serialıdır. Baş rolları Alperen Duymaz və Melisa Aslı Pamukun oynadıqları serial mayın 21-dən ekranlarla vidalaşacaq.

Ən uzun müddət davam edən seriallar siyahısında olan "Yasak elma" bu mövsüm yekunlaşacaq. Şevval Sam, Eda Ece, Talat Bulut, Barış Kılıç, Nesrin Cavadzade və Berk Oktayın rol aldığı məşhur serial mayın 29-da final bölümünü yayımlayacaq.

Üç ildir ekranlarda olan "Camdakı kız" serialı ssenariyə əsasən bu mövsüm bitir. Burcu Biricik və Cihangir Ceyhanın baş rolları oynadığı serialın mayın sonunda son bölümünün çəkiləcəyi gözlənilir.

Bundan əlavə digər seriallar - "Gelsin hayat bildigi gibi", "Güzel günler", "Bir küçük gün işığı" da bu mövsüm final bölümlərini yayımlayacaqlar.

Milli.Az


Etiketlər:  Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır


RƏYLƏR