Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Muğam Mərkəzində “Opera Class” layihəsinin ilk konserti təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində “Opera Class” layihəsinin ilk konserti təqdim edildi

Tarix: 17 May 2023 17:15

Beynəlxalq Muğam Mərkəzində "Opera Class" layihəsinin ilk konserti təqdim edildi. Opera müğənnisi üçün səhnəyə gedən yol müxtəlif siniflərdən keçir. Səs üzərində işlədikləri vokal sinfi, məşqçi sinfi, opera partiyalarını öyrənib məşq etdikləri  aktyorluq sinfi və s. Bütün bunlar yüksək teatr artisti olmaq üçün lazımdır. Elə bu yanaşma ilə də layihənin ilk konsertində həm səhnədə sözünü demiş  sənətçilər, həm də tələbələr birlikdə çıxış etdilər.  Konsertdə opera səslərinin bütün əsas növləri səsləndi. Soprano, mezzo-soprano, tenor və bariton səslər. Konsertmeyster Rebekka Maqomedovanın müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova,  Əməkdar artist Fəridə Məmmədova, Atəş Qarayev, Mahir Tağızadə, Günel Hacıyeva, Nina Makarova və Efim Zavalnıy ifaları tamaşaçıların alqışları ilə qarşılandı.  Proqrama C.Verdi, C.Puççini, Rimski-Korsakov, Raxmaninov və başqalarının operalarından səhnələr daxil idi. Axtarışlarına davam edən "Opera Class" heyətinin devizi budur: "Operanı bizim qədər sevməyinizi istəyirik".

Milli.Az


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzində Opera Class layihəsinin ilk konserti təqdim edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ