Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 21:15
Bakı. Trend:
Fransa-Azərbaycan Universitetində keçirilən beynəlxalq konfransda Avropanın gələcəyi və Şərq Tərəfdaşlığının 10 illiyi dünyaca məşhur alim və siyasətçilərlə müzakirə edilib.Trend-in məlumatına görə, tədbirin moderatoru, Avropa Siyasi Mərkəzin (European Policy Centre) siyasi məsələlər üzrə baş tədqiqatçısı Amanda Pol bildirib ki, Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycana ilk dəfə bundan on il əvvəl gəlib. O vaxtdan bəri beşinci dəfədir ki, Azərbaycana səfər edir:
"Hər səfərində mən Azərbaycanın necə inkişaf etdiyinin şahidi oldum. Şərq tərəfdaşlığı təşəbbüsü on il əvvəl yaradılıb. Bu o demək deyil ki, bu hər bir ölkə üçün düzgün yanaşmadır. Hər bir ölkənin maraqları bu yanaşmada öz əksini tapmalıdır. Azərbaycanın Ermənistanla bağlı müəyyən çətinlikləri var. Son illərə baxsaq, təhlükəsizlik baxımından çoxlu çətinliklər var idi. Biz inqilabları gördük. Məsələn Ermənistan və Ukraynada inqilabları gördük. Və bunun ölkələrə çox böyük təsirləri oldu. Gürcüstanda da müharibə olmuşdu. Beynəlxalq qanunun pozulması halları da olub".
Litvanın keçmiş xariçi işlər naziri və Avropa İttifaqının Rusiyada sabiq səfiri Vygaudas Usackas isə bildirib ki, burda olmaqdan qürur duyur:
"Mən Azərbaycanda ilk dəfəyəm. Şərq tərəfdaşlığı haqda danışan zaman demək istəyirəm ki, bu gün çox xüsusi gündür. Əlbəttə ki, xatırlayıram ki, on il bundan əvvəl Praqada Aİ üzvləri rəsmi olaraq Şərq Tərəfdaşlığını elan etdi. Həmin vaxtlarda əvvəlcədən bu tərəfdaşlığın yaranması ideyası 2003-cü ildə yarandı. Avropa İttifaqı qonşuluq siyasətinin bir hissəsi olaraq yaradıldı. Məqsəd daha çox şərq ölkələri və şimal istiqamətində olan ölkələrlə əməkdaşlıq qurmaq idi. 16 il bundan əvvəl belə bir çıxış oldu ki, Avropa İttifaqının qonşuları olmalıdır. Mən həmin dövrlərdə Litvanı təmsil edirdim. 2007-ci ildə Rusiyaya da təklif olundu ki, bu tərəfdaşlığa qoşulsun. Rusiya imtina etdi. Bu, insanların azad hərəkətinə və xidmətlərə çıxışı yaratdı. Bu, Aİ-nin öz qonşularına qarşı çox əhəmiyyətli və vacib addım idi.
Sonra bir sıra böhranlar baş verdi. Hər şey istədiyimiz kimi olmadı. Dostlar konsepsiyası istədiyimiz kimi reallıqda özünü doğrultmadı. Ölkələrdə bəzi münaqişələr baş verdi. Amma qeyd etməliyəm ki, məhz Şərq Tərəfdaşlığı mənasında Gürcüstan, Ukrayna, Moldova xarici qüvvələrə qarşı dözümlülük nümayiş etdirdi. Eyni zamanda onlara verilən imkanlardan istifadə etdi. Məsələn, azad ticarət imkanlarından. Azərbaycan da bu azad ticarət imkanlarından, eyni zamanda bəzi infrastruktur layihələrindən müəyyən fayda əldə etdi. Cənubi Qaz Dəhlizinin 5,5 km məhz Gürcüstandan keçir. Bunu deməklə onu da vurgulamalıyıq ki, Şərq Tərəfdaşlığında ölkələr çox gözəl fəallıq göstərdi. Onlar tərəfdaşlığın şərtlərini təmin etməyə çalışdı. Məhz hüquqi sistemlərini Avropa sisteminə uyğunlaşdırmağa çalışdılar. Qısacası deyə bilərik ki, üç çempion ölkə var şərq tərəfdaşlığı çərçivəsində. Ukrayna Moldova və Gürcüstan Aİ-yə qoşulmaq üçün bir neçə də dəyişiklik edilməlidir. Bu ölkələrdə hüquqi aliliyin məqsədləri var. Şərq tərəfdaşlığı ölkələri ilə Aİ arasında əməkdaşlığı dərinləşdirmək lazımdır. Mən inanıram ki şərq tərəfdaşlığı Aİ ilə qonşuları arasında münasibətləri inkişaf etdirmək baximindan çox vacibdi. Ölkələr öz təkliflərini davam etdirməlidir".
Beynəlxalq Qara Dəniz Universitetinin assosiativ professoru və Zaur Şiriyev isə bildirib ki, bu tərəfdaşlığin transformasiya təsiri var:
"Şərq tərəfdaşlığı proqramına vətəndaş cəmiyyətinin böyük marağı var. Bu dəyişikliklərə təşviq edir. Azərbaycan vətəndaş cəmiyyətində müəyyən çətinliklər olmuşdu. Digər ölkələrin təcrübəsini paylaşması çox önəmli oldu. Vətəndaş cəmiyyəti üçün müxtəlif cür imkanlar oldu. Düşünürəm ki, vətəndaş cəmiyyəti şərq tərəfdaşlığından yararlana bilmir. Məhz tarixdən deyə bilərik ki, Aİ-ni Türkiyə və Rusiya ilə müqayisə edə bilmirik. Çünki bizim qonşu ölkələrlə tarixən daha sıx münasibətimiz olub. Azərbaycan Aİ ilə yeni razılaşma planlaşdırır. Bu hər iki tərəf üçün faydalı olacaq. Şərq tərəfdaşlığı təkcə hökumət və vətəndaş cəmiyyəti dəstəkləmək məqsədi daşımır. Burda liberallaşma hər sahəyə aiddir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin