Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 18:48
2023-cü ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3878,2 manat, qeyri neft-qaz sektorunda 843,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 855,7 manat, özəl müəssisələrdə isə 952,5 manat olub.
Ümumilikdə 2023-cü il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5203,9 min nəfər olub, onlardan 4910,7 min nəfərini məşğul əhali təşkil edib.