Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasında Çin və Azərbaycanın üstünlükləri barədə səfirdən ÖZƏL

“Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasında Çin və Azərbaycanın üstünlükləri barədə səfirdən ÖZƏL

Tarix: 23 Oktyabr 2019 07:48

Bakı. Ləman Zeynalova - Trend:

Çin və Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşdırılmasında öz üstünlükləri var.

Bunu Trend-ə özəl müsahibəsində Çinin Azərbaycandakı səfiri Qo Min deyib.

O bildirib ki, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir:

"Bu ilin əvvəlindən ölkələr yüksək səviyyədə səfərlər təşkil ediblər, siyasi etimad daim dərinləşməkdədir, ticari-iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq səmərəli nəticələr verir".

Səfir xatırladıb ki, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq forumunda iştirak etmək üçün Çinə səfər etmişdi. Burada liderlər ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığın gələcək inkişafı ilə bağlı vacib konsensus əldə ediblər.

Diplomatın sözlərinə görə, 2019-cu ilin yanvar-avqust aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 1,5 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 104 faiz çoxdur.

Qo Min qeyd edib ki, Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü hərtərəfli dəstəkləyir və bu təşəbbüsdə fəal iştirak edir:

"Bu təşəbbüs Azərbaycanın milli inkişaf strategiyası ilə uyğunluq təşkil edir və bunun sayəsində ikitərəfli münasibətlər nəticə verir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  kəmər təşəbbüsünün reallaşdırılmasında Çin Azərbaycanın üstünlükləri barədə səfirdən ÖZƏL


RƏYLƏR