Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ştaynmayer Prezidentə məktub göndərib

Ştaynmayer Prezidentə məktub göndərib

Tarix: 20 May 2023 13:30

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir.

Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaqdır. Çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı vardır. Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm".


Etiketlər:  Ştaynmayer Prezidentə məktub göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ