Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ və Çin savaşından necə qaçmaq olar? - Kissincer

ABŞ və Çin savaşından necə qaçmaq olar? - Kissincer

Tarix: 23 May 2023 14:04

ABŞ-ın sabiq dövlət katibi və sabiq milli təhlükəsizlik müşaviri H.Kissencerin 100 illiyi münasibəti ilə "Ekonomist" (The Economist) jurnalı alimlə 8 saatdan artıq davam edən müsahibənin xülasəsini məqalə formasında dərc edib.

Sonxeber.net Axar.az-a istinadən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadla xülasəni təqdim edir:

Çinin ambisiyaları

Kissincerə görə, Çin dünya hökmranlığına yox, qüdrətə can atır. Mao Tsedundan başlayaraq əksər Çin liderləri ilə şəxsən görüşən Kissencer Çinin marksist yox, konfutsiçi ideologiyaya sadiq olduğunu və dövlətinin maraq/imkanlarını nəzərə alaraq addım atdığını bildirir. Çin liderləri beynəlxalq sistemin ali hakimləri kimi tanınmaq istəyirlər, amma bununla bərabər digər xalqların konfutsiçilik ideologiyasını məcburi qəbul edilməsində israr etmirlər.

ABŞ-ın cavabı

ABŞ qüvvələr balansını qorumaq üçün bir tərəfdən Çinin ambisiyalarını araşdırmalı, digər tərəfdən isə Pekinlə daima dialoqda olmalıdır. Kissincerə görə, total müharibənin qaçılmazlığı şəraitində məğlub olmamaq üçün ABŞ hərbi cəhətdən kifayət qədər güclü qalmalıdır. Bununla belə dövlətlər hər bir müddəa üzrə strateji baxışlarını müqayisə etməli və total müharibədən hər vəchlə qaçmalıdırlar. Məğlub edilmiş Çin, Kissincerə görə, demokratiyaya meyil etməyəcək, əksinə, vətəndaş müharibəsinin başlanmasına və qlobal qeyri-stabilliyin artmasına səbəb olacaq: "Çini çökdürmək bizim maraqlarımıza uyğun deyil!"

Kissincer Çinin maraqlara sahib olduğunu qəbul etməyi və Hindistan nümunəsində ABŞ-ı böyük çoxtərəfli strukturlara bağlamaqdansa, fasilələrlə problemləri həll edən ittifaqlar yaratmağı təklif edir.

Tayvan

Tayvanla müharibə adanı dağıda, dünya iqtisadiyyatını çökdürə və Çində daxili problemlərə səbəb ola bilər. Beləliklə, Tayvan Çin üçün həssas bir mövzu olsa da, Pekin uzun müddət bu məsələdə səbirli olmağa üstünlük verirdi. Lakin D.Tramp öz sərt imicini qabartmaq üçün Tayvan məsələsini gərginləşdirib, Çindən ticarət məsələsində güzəştlər əldə etməyə çalışırdı. Eyni siyasəti liberal ritorika ilə hazırda Bayden davam etdirir. Vəziyyət belədir ki, ABŞ digər yerlərdə mövqelərini sarsıtmadan Tayvandan imtina edə bilmir.

Təhlükəsizlik dilemması

Beləliklə, hər iki ölkə qarşı tərəfin ona strateji təhlükə yaratdığını düşünür: Pekin ABŞ-ın onun qüdrətini çökdürmək üçün əlindən gələni etməyə hazır olduğunu, Vaşinqton isə Çinin ABŞ-ı hegemon güc statusundan məhrum etməyi planlaşdırdığını düşünür:

"Biz I Dünya müharibəsi ərəfəsində olduğu kimi elə bir vəziyyətdəyik ki, tərəflərin siyasi güzəştlərə gedə bilməməsi və tarazlığın istənilən pozulması fəlakətli nəticələrə səbəb ola bilər".

Köhnə düzən - Yeni düzən

ABŞ-da ticarət hazırda "qırğıların" əlində olduğuna görə iqtisadiyyat məsələsində ortaq nöqtənin tapılması az ehtimal olunandır. İqtisadiyyatın ortaq nöqtə ola bilmədiyi şəraitdə müharibəni qabaqlamaq üçün tərəflər mövqelərini dəqiqləşdirməli, Çinin artan narahatçılığı (ABŞ-ın onu bərabərhüquqlu tərəfdaş kimi nəzərdən keçirtməməsi) təhlil edilməli, ABŞ Çindəki rejimin dəyişdirilməsində maraqlı olmadığını nümayiş etdirməli, hər iki tərəfdən sıx qarşılıqlı əlaqədə olan müşavir qrupları təşkil edilməlidir. Kissincerə görə tərəflərdən heç biri güman ki, Tayvan ilə bağlı mövqeyini dəyişməyəcək, amma müşavirlər qrupu Tayvana hücumun təşkil edilməyəcəyi və vahid Çin siyasətinin pozulmayacağına dair şübhələri aradan qaldırmağa kömək edə bilər.
Kissincerə görə Çin və ABŞ arasında böyük müharibə/rəqabəti qabaqlamaq üçün Süni Zəka (SK) timsalında potensial vahid düşmənə qarşı əməkdaşlıq etməlidirlər. Alim SK-nın dağıdıcı potensialını XVI və XVII əsrlərdə dağıdıcı müharibələrin başlanmasında rola malik olan kitab çapının kəşfi ilə müqayisə edir. SK ləğv edilə bilməz, demək, Çin və Amerika SK-nın yaratdığı təhlükəni məhdudlaşdırmaq məqsədilə əməkdaşlıq edə və bu kontekstdə qarşılıqlı inam və etimad yaradaraq, öz problemlərini həll edə bilərlər.


Etiketlər:  ABŞ Çin savaşından necə qaçmaq olar Kissincer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ