Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 yaşlı oğlunu evdə tək qoyması tənqid olundu - VİDEO

7 yaşlı oğlunu evdə tək qoyması tənqid olundu - VİDEO

Tarix: 26 May 2023 17:25

Müğənni Səidə Dadaşovanın növbəti açıqlaması müzakirə yaradıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, ifaçı "Elgizlə izlə" proqramında 7 yaşlı oğlunu evdə tək qoyub çıxdığını söyləyib.

Verilişdən sonra Elgiz Əkbər bu məsələni müzakirə edib və onun düzgün etmədiyini bildirib:

"Uşağı evdə qoyub verilişlərə ora-bura getmək... Bu, çox müzakirə olunacaq.Birdən əlini elektrikə vurar, üstünə qaynar su tökürlər. Evdə bağrı çatlayar. Uşağın yeddi yaşı var. Özü də deyir, bu gün məktəbə də getməyə qoymamısan".

Səidə isə ona bu sözlərlə cavab verib:

"Hər kəsin öz fikri var, düşüncələrinə hörmətlə yanaşıram. Nə olsun? Mən də evdə tək qalmışam. Atam tamaşalara, anam toylara gedib. Oturmuşuq.  Uşağın yeddi yaşı var. Biz onunla mütəmadi telefonla danışırıq. Bizim vaxtımızda telefon da yox idi. Hətta mən bina evində tək qalmışam, qapını bağlayıb gediblər. O vaxt ev telefonuna zəng edirdilər. Nə olsun? Böyüyüb alim olmuşuq? Biz də dərsdən qalırdıq, indi hamının hörmət etdiyi müğənni oldum".


Etiketlər:  yaşlı oğlunu evdə tək qoyması tənqid olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ