Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər

UEFA

Tarix: 27 May 2023 07:24

İtaliyanın "Yuventus"u avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, UEFA komandanın fəaliyyətini bir il və ya daha çox müddətə dayandıra bilər. Qeyd olunub ki, qurumda "Yuventus"un Superliqa layihəsindən əl çəkməməsindən narazıdır.

Bundan başqa, turinlilərin rəhbərləri UEFA-nın sədri Aleksander Çeferinlə əlaqə saxlamırlar. Həmçinin təşkilat kapitalın qondarma artımı və maaşlarda fırıldaqçılıq hallarına və maliyyə feyr-pleyinə riayətetmə problemlərinə diqqət yetirir.

Milli.Az


Etiketlər:  UEFA Yuventusu avrokuboklardan kənarlaşdıra bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ