Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2023 11:12
Ukrayna hərbçiləri bu gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 "Şahid"i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
"2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan - Bryansk vilayətindən (RF), cənubdan - Krasnodar vilayətindən (RF) İranın "Şahid-136/131" pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, ötən gecə Ukrayna üzərinə rekord sayda kamikadze dronu buraxılıb.