Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib

Tarix: 29 May 2023 09:34

Türkiyədə prezident seçkilərinin ikinci turunda Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Anadolu" rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59 faizi ( 2644 səs) "Cumhur İttifaqı"nın namizədi, "AK parti"nin sədri Rəcəb Tayyib Ərdoğanı, 46,41faizi, (2290 səs) "Millət İttifaqı"nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Azərbaycanda olan səsvermədə cəmi 4983 Türkiyə vətəndaşı səs verib. Onlardan 4934 səs etibarlı sayılıb, 49 səs etibarsız hesab edilib. Seçici aktivliyi isə 57,75 faiz olub.

Milli.Az


Etiketlər:  Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib


RƏYLƏR