Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Azərbaycan xarici siyasətinin prinsiplərini Qoşulmama Hərəkatına üzv ölkələrin diqqətinə çatdıracaq

Deputat: Azərbaycan xarici siyasətinin prinsiplərini Qoşulmama Hərəkatına üzv ölkələrin diqqətinə çatdıracaq

Tarix: 23 Oktyabr 2019 15:18

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq qurmaq, sülhü təmin etmək, beynəlxalq hüquq normalarına riayət etməkdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünun Bakıda keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirirək məhz bu prinsipləri ölkəmizlə əməkdaşlıq edən dövlətlərin diqqətinə çatdıracaq.

Onun sözlərinə görə, Azərbaycanın istəyi beynəlxalq fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində inkişaf etdirməkdir: "Çox mühüm amildir ki, dünya ölkələri öz siyasətlərində gücün deyil, hüququn aliliyinə əsaslansınlar. Onlar xırda ölkələrə təzyiq etmək siyasətini deyil, məhz əməkdaşlığa və inkişafa xidmət edən siyasət həyata keçirsinlər. Qoşulmama Hərakatında bu məsələdə Azərbaycanla həmfikir olan ölkələrin sayı çoxdur. Onlar bizimlə əməkdaşlıq edərək çalışacaqlar ki, hansısa postimperialist təfəkkürlə deyil, məhz əməkdaşlığa, inkişafa, sabitliyə xidmət edən təfəkkürlə öz münasibətlərini formalaşdırsınlar”.

A.Mollazadənin fikrincə, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ilə ölkəmiz öz strategiyasını, xarici siyasət və strateji məqsədlərini dünyanın bir sıra ölkələrinə bir daha izah etmiş olacaq.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Azərbaycan xarici siyasətinin prinsiplərini Qoşulmama Hərəkatına üzv ölkələrin diqqətinə çatdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ