Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 1 dollar 21 TL-yə yaxınlaşıb

Türkiyədə 1 dollar 21 TL-yə yaxınlaşıb

Tarix: 2 Iyun 2023 10:48

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, bu gün birjalarda (Bakıda vaxtı ilə saat 09:40-da) Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 20,9069 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,47% dəyər itirib. Son bir ayda isə lirə 7% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.7529 TL, satış üzrə 20.7903 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 2-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0814 manata ticarət edilir.

Milli.Az


Etiketlər:  Türkiyədə 1 dollar 21 TL yaxınlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ