Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 08:54
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq mümkün deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.
"Biz əks-hücumun vaxtında başlamalı olduğu anı düzgün seçməliyik. Bu gün onun gecikdiyini söyləmək mümkün deyil, çünki əks-hücumun tarixi fevralın əvvəlində açıqlanıb: mayın sonu və iyunun əvvəli..." - Jdanov vurğulayıb.
O bildirib ki, istiqamətlər də, tarix də müəyyən edilib:
"Qoşunları ilkin mövqelərində yerləşdirmək lazımdır. Bu, davam edən mərhələdir".