Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadada dörd uşaq balıq tutarkən öldü

Kanadada dörd uşaq balıq tutarkən öldü

Tarix: 4 Iyun 2023 13:26

Kanadanın Kvebek əyalətində 4 uşaq balıq tutarkən onları su aparıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb.

Hadisə Kot Nor bölgəsindəki Portnöf-Sür-Merdə Müqəddəs Lourens çayında 11 nəfərdən ibarət qrup suda olarkən baş verib.

Məlumata görə, güclü axın 4 uşaq və 30 yaşlı kişi olmaqla 5 nəfəri aparıb. Daha sonra xilasedicilər huşsuz vəziyyətdə olan uşaqları taparaq xəstəxanaya çatdırıblar və onların öldüyü məlum olub.

İtkin düşən kişinin isə axtarışları davam edir.

Milli.Az


Etiketlər:  Kanadada dörd uşaq balıq tutarkən öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ