Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suraxanı rayonundakı qum bazarının fəaliyyəti sakinləri narahat edir - VİDEO

Suraxanı rayonundakı qum bazarının fəaliyyəti sakinləri narahat edir - VİDEO

Tarix: 5 Iyun 2023 21:48

Suraxanı rayonu, Zığ yolunun kənarında yerləşən qum bazarı ətrafda yaşayan sakinləri narahat edir.

Sakinlərin həmin obyektin fəaliyyətindən narazıdırlar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,, sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Hələlik isə məsələ həllini tapmayıb.

Ərazidə çəkiliş zamanı həmin bazarın sahibinin orada olmadığını bildirdilər.

Daha sonra Çingiz Qarayev adlı şəxslə telefon vasitəsilə əlaqə saxladıq. O bildirdi ki, həmin ərazini icarəyə götürüblər və icarə haqqı ilə yanaşı torpaq vergisi də ödəyirlər. Yəni oradakı fəaliyyətləri qanunidir.

O da bildirildi ki, bu kimi problemlərin həlli üçün onlar həmin ərazini bir neçə dəfə hasara almağa çalışıblar. Ancaq sakinlər buna maneə törədiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl məsələ ilə bağlı polisə müraciət edilib. Yaxın günlərdə problemin birdəfəlik həlli üçün məhkəməyə də müraciət olunacaq. Məhkəmənin qərarı ilə onların fəaliyyətinə aydınlıq gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Suraxanı rayonundakı qum bazarının fəaliyyəti sakinləri narahat edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ