Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

Tarix: 6 Iyun 2023 11:02

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Xətai rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki N.Həsənov isə vəzifədən azad edilərək Nəsimi rayon Mühafizə İdarəsinin rəisi postuna gətirilib.

Bundan başqa Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Milli.Az


Etiketlər:  Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi


RƏYLƏR