Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə gənə dişləməsindən növbəti ölüm halı qeydə alındı - FOTO

Türkiyədə gənə dişləməsindən növbəti ölüm halı qeydə alındı - FOTO

Tarix: 6 Iyun 2023 19:02

Türkiyənin Sivas vilayətində bu il gənə dişləmələri nəticəsində ortaya çıxan Krım-Konqo hemorragik qızdırma xəstəliyindən dünyasını dəyişənlərin sayı 3-ə yüksəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 54 yaşlı şəxs bədəninə yapışmış gənəni çıxardıqdan sonra özünü pis hiss edib. Sivas Cümhuriyyət Universiteti Xəstəxanasında ona Krım-Konqo hemorragik qızdırma diaqnozu qoyulub.

Lakin bütün müdaxilələrə baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb.

Həmçinin yoluxucu xəstəliklər bölməsində bu diaqnozla xəstəxanaya yerləşdirilən digər xəstələrin də olduğu bildirilib.

Mütəxəssislər gənələrlə bağlı xəbərdarlıq ediblər. Sakinlərə gənə dişləməsinin ölümcül nəticələrə səbəb ola biləcəyi xatırladılıb. Xüsusilə də mal-qara ilə məşğul olanlara diqqətli olmaları və bədənlərinə yapışan gənələri özlərinin çıxarmamaları tövsiyə edilib.

Milli.Az


Etiketlər:  Türkiyədə gənə dişləməsindən növbəti ölüm halı qeydə alındı FOTO


RƏYLƏR