Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstan ordusunun azərbaycanlı əsgəri həlak oldu

Gürcüstan ordusunun azərbaycanlı əsgəri həlak oldu

Tarix: 9 Iyun 2023 11:06

İyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Yusif Nəsibovun ölümü ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Yusif Nəsibov intihar edib.

"İstintaq zamanı müəyyən edilib ki, adıçəkilən hərbi qulluqçu növbətiçilik edərkən xidməti silahdan özünə atıəş açıb. İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerində ölüb", - deyə Gürcüstan MN-nin məlumatında qeyd edilir.

Hazırda faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Gürcüstan ordusunun azərbaycanlı əsgəri həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ