Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Estoniyanın Mərkəzi Bankında cəmi bir külçə qızıl qalıb

Estoniyanın Mərkəzi Bankında cəmi bir külçə qızıl qalıb

Tarix: 4 May 2019 07:04

Bakı. Trend:

Estoniyanın qızıl ehtiyyatı cəmi 256 kiloqram təşkil edir.

Trend-in məlumatına görə, ölkənin Mərkəzi bankında cəmi bir külçə qızıl var. Bankına maliyyə bazarları şöbəsinin təhbəri Fabio Filipotsi deyib ki, qızıl ehtiyyatının bu səviyyədə olmasının səbəbi SSRİ-dən çıxdıqdan sonra ölkənin qiymətli metallarının satması olub.

Həmçinin qeyd olunur ki, ölkənin qızıl ehtiyyatı "təhlükəsizlik baxımından" xarici banklarda saxlanılır. Bankda saxlanılan külçənin qiyməti isə təqribən yarım milyon ABŞ dolları təşkil edir: "Onun təmizliyi maliyyə bazarlarında reallaşdırılması üçün kifayət qədər deyil, buna görə də, 11 kiloqramı "muzey eksponatı" adlandırmaq olar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Estoniyanın Mərkəzi Bankında cəmi külçə qızıl qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ